keçmiş
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
keçmiş
I.
1. f.sif. Ötən, keçən, ötmüş. Keçmiş gün. Keçmiş dövr. – Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri idarə bağlanandan sonra qalıb, təcili məktubları, teleqramları qəbul edərdi. Ə.Haqverdiyev. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn. [Araz] keçmiş zamanlardan edilən söhbətlərə qulaq asmaqdan doymaq bilmirdi. A.Şaiq. // Əvvəlki, bundan qabaq olmuş. Keçmiş həyat. Keçmiş səhvləri yada salmaq. – Gurultu içində keçmiş həyatım; Mədəndə açılmış qolum, qanadım. M.Müşfiq. // Bundan əvvəlki, vaxtilə vəzifə tutmuş, sabiq; əvvəlki vəziyyətini, rolunu, əhəmiyyətini itirmiş. Keçmiş müdir. Keçmiş əməkdaşlarımız.
2. İs. mənasında. Olub getmiş zaman, ötüb keçmiş zaman, ötüb getmiş vaxt, keçmişdəki həyat, hadisələr. Keçmişi unutmaq. Keçmişə bir nəzər. Uzaq keçmiş. – Nurəddin fikrə getdi. Bütün keçmiş gözünün qabağından bir-bir gəlib keçdi. S.S.Axundov. Keçmişin taleyi sönmüş bu gecə; İşçilər aslana dönmüş bu gecə. M.Müşfiq. Keçmiş – dünən olsa belə; O – uzaqdır, gəlməz ələ. B.Vahabzadə.
3. Zərf mənasında. Müəyyən vaxt keçdikdən sonra olmuş, baş vermiş. Günortadan 3 saat keçmiş gəlib çıxdı. Hadisədən iki gün keçmiş xəbər çatdı. – Bir il keçmiş klubda preferans oynayarkən təsadüfən Həsən bəyə rast gəldim. B.Talıblı.
4. Keçmişlər şəklində is. mənasında – keçmiş zaman, dövr (qeyri-müəyyənlik bildirir). Qeyrilərini bilmirəm, mən indi keçmişlərə nisbətən hər dəfə teatrdan evimizə şad və xürrəm gedirəm. C.Məmmədquluzadə. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Ə.Haqverdiyev. Gələcəyi düşündü, keçmişləri çox andı; O gəlib iki yolun ayrıcında dayandı. B.Vahabzadə. ‣ Keçmiş zaman qram. – iş və ya hərəkətin keçmişdə icra olunduğunu bildirən fel forması. Şühudi keçmiş zaman. Nəqli keçmiş zaman. Keçmiş ola! – “artıq əhəmiyyəti yoxdur”, “vaxtı keçmişdir” mənalarında ara söz kimi işlədilir. [Şeyx Sədra:] Hər kimin qəlbi korsa, keçmiş ola! Şeyx Sənanı anlamaz əsla. H.Cavid.
II. f.sif. Sönmüş, söndürülmüş. Keçmiş ocaq. Keçmiş lampa. – Keçmiş kösövü zor ilə yerə vuranda qığılcım saçılan kimi, dərvişin gözləri məşəlləndi. A.Divanbəyoğlu.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
keçmiş
geçen, geçmiş, mazi