kefsiz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
kefsiz
sif.
1. Yüngül xəstə, naxoş, azarlı. O dəm deyir biri dustaqların: – Bəradərlər! Nə var, neçün belə kefsiz, fikirlisiz yeksər? A.Səhhət. • Kefsiz olmaq – bax. kefsizləmək 1-ci mənada. Gülpəri bir qədər kefsiz olduğu üçün axşamdan yatmışdı. S.Hüseyn.
2. məc. Kədərli, qəmgin, halı pərişan, məyus, pərt. Niyə belə kefsizsən? – Nəbigil İsmayılın tutulmasından çox kefsiz (z.) oldular. “Qaçaq Nəbi”. [Gülnaz:] Sərvər, bu gün səni çox kefsiz (z.) görürəm, nə olub məgər? Ü.Hacıbəyov.
Karaçay-Malkarca – Türkiye Türkçesi Sözlüğü (Nevruz, 1991)
kefsiz
keyifsiz, sağlıksız, neşesiz, kırgın, rahatsız.Biraz ~me: biraz rahatsızım, ~ körünedi: neşesiz görünüyor.