işvəkar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
işvəkar
sif. [ər. işvə və fars. ...kar] Öz qəmzəli baxışları ilə kişiləri məftun edən; işvəli, qəmzəli. [Zeynəb xanım] Alış bəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi: – Ovçuluq gözəl şeydir. Çəmənzəminli. Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhrini aşılaya bilər. M.S.Ordubadi. Şux və işvəkar ərəb qızları gələr və xaqanla əylənərlər. H.Cavid. // İs. mənasında. Dilbər. [Arif İblisə:] Bir afətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid. Bütün ətrafə min bəzək saçılır; Durma gəl, nazlım, işvəkarım, gəl! S.Rüstəm.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
işvəkar
nazlı, qəmzəli
{nazlı, edalı}