turklehceleri.org

iztirab

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

iztirab

is. [ər.] Təlaş, təşviş, daxili həyəcan, narahatlıq, mənəvi əziyyət, nigarançılıq. Böylə əldən getdiyim gər bilsə yar əldən gedər; İztirabım görsə bəhri-bikənar əldən gedər. Qövsi. [Arif Xavərə:] Sorma, heç sorma, nazənin Xavər! Məni məhv etdi iztirabü kədər. H.Cavid. [Mehribanın] qəlbinin iztirablarını ovunduracaq bir arxadaşa nə qədər ehtiyacı vardı. S.Hüseyn. • İztirab etmək – həyəcanlanmaq, narahat olmaq, təşviş etmək. Etmə, canım, iztirab; Tələsmə, çox ertədir. A.Səhhət. İztirab keçirmək (çəkmək) – mənəvi əzab çəkmək, həyəcan keçirmək, narahatlıq içində olmaq. ..Simasından onun hirs, əsəbilik və dərin bir iztirab keçirdiyini görmək olardı. S.Rəhimov. Yaxın günlərdə buraya [kameraya] atılan Qədir hamıdan artıq iztirab çəkirdi. Mir Cəlal. İztirab vermək – bax. iztiraba salmaq. Məni hərdəm yada sal, qadan alım; Rəhm elə, yar, vermə bunca iztirab. “Abbas və Gülgəz”. İztiraba düşmək – təşvişə düşmək, həyəcana düşmək, əsəbiləşmək, narahat olmaq. Xubani-hərəm gördülər ki, bir qəribə iş üz verdi, çox xof və iztiraba düşdülər. M.F.Axundzadə. İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən arvad iztiraba düşüb vurnuxurdu. Ə.Haqverdiyev. İztiraba salmaq – təşvişə salmaq, narahat etmək. Bu isə məni iztiraba salırdı. S.S.Axundov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

iztirab

təlaş, təşviş, narahatlıq, nigarançılıq
{telaş, bunalım, rahatsızlık, heyecanlılık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

iztirab

ıstırap


Son arananlar: