iytoz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
iy-toz
iyi-tozu qalmamaq – əsərəlaməti qalmamaq, heç bir izi qalmamaq, tamam yoxa çıxmaq, izsiz itmək. Vaxtilə gördüyün şeylərin iyi-tozu qalmayıb. – [Sultan bəy:] Qoy bir o arşınmalçı gözümə görünsün, ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Ü.Hacıbəyov; iyi-tozu görünməmək – qətiyyən hiss olunmamaq, varlığından heç bir əsər-əlamət olmamaq. Burada da onların iyi-tozu görünmür.