ixtilat
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ixtilat
is. [ər.] klas. Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma. Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı. Füzuli. // Söhbət. İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli. M.P.Vaqif. • İxtilat etmək (qatmaq) – söhbət eləmək, söhbətləşmək. Qadir Allah səbəb salıb araya; Sevdiyim, ixtilat qatmaq çağıdır. Q.Zakir. Mən oturub səninlə yaxın, qabaq-qabağa; İxtilat etmişəm söz çəkəndə sabaha. R.Rza. Şagird ilə ustad gecə keçənə qədər ixtilat etdilər, çay içdilər. Ə.Məmmədxanlı. // Kiçik toy məclisi, xudmani söhbət məclisi. Bizi bu axşam ixtilata çağırıblar. – [Nurcahan xala:] Ay kişi! Mən nə eyləyim?. Yetimlərinin başlarını, əndamlarını yumağa getmişdim də. Toya, qonaqlığa, ixtilata getməmişdim ki? H.Sarabski.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ixtilat
I. oturub-durma, qaynayıb-qarışma
{oturup kalma, kaynayıp karışma}
II. söhbətləşmə
{sohbet etme}