turklehceleri.org

ittihad

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ittihad

is. [ər.] köhn.
1. Birləşmə, birlik, ittifaq. Sən o deyilmidin, dedin: – Var bizim ittihadımız? Mən də yadında var, dedim: – Yox buna etimadımız. M.Ə.Sabir. // Həmfikirlik, yekdillik, həmrəylik, əlbirlik. • İttihad etmək – birləşmək, birlik, ittifaq yaratmaq, həmrəy olmaq, həmfikir olmaq. Doğru bir ittihad etməsək biz; Birliyə etiqad etməsək biz; Bizdə şərti-üxüvvət olurmu? M.Ə.Sabir.
2. İttihad ilə, ittihadla şəklində zərf – birləşərək, birlikdə, həmrəyliklə, yekdilliklə, ittifaqla. İttihad ilə, ittifaq ilə; Üzünü hər məkanda ağ eylə. S.Ə.Şirvani. Xülasə, İnmirə məhəlləsinin camaatı .. artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi. N.Nərimanov. Bir-birimizə piyalə, qədəhi; İttihad ilə uzatdıq bu gecə! Ə.Nəzmi.


Son arananlar: