itmam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
itmam
is. [ər.] klas. Tamamlama, sona yetirmə, axıra çatdırma, bitirmə. • İtmama yetirmək, itmam vermək (etmək) – tamamlamaq, qurtarmaq, bitirmək. Tarix nəvisi hali-əyyam; Bu qissəyə böylə verdi itmam. Füzuli. [Teymur ağa:] Bir neçə fikrim var, gərəkdir əvvəl onları itmama yetirəm. M.F.Axundzadə. İtmama yetmək (çatmaq) – axıra çatmaq, bitmək, qurtarmaq. Sözləri yetməmişdi itmamə; Ki uzaqdan göründü bir boğanaq. A.Səhhət.