ismətli
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ismətli
sif. Namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, məsum. – Gülzarın namuslu və ismətli (z.) olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı. C.Cabbarlı. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffət və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn. Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ismətli
namuslu, həyalı, abırlı, əxlaqlı, təmiz, mə’sum
{namuslu, hayâlı, edepli, ahlaklı, temiz, masum}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
ismətli
edepli, hayâlı, namuslu, utangaç