turklehceleri.org

islanmış

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

islanmış

f.sif. İslaq hala gəlmiş. Anam gecəki yağışdan islanmış şeyləri Ayrım qızının köməyi ilə alaçıqdan çıxara-çıxara: – Allah kəssin belə yaylağı. A.Şaiq. Şehli çəmənlərdə qaçdığım anlar; Yadıma islanmış tellərim gəlir. M.Dilbazi. İsgəndər kişi tərdən islanmış dəsmalını dizinə sərmişdi. İ.Hüseynov. // İs. mənasında. məc. İslanmışın sudan nə qorxusu?! (Məsəl). ‣ İslanmış cücə kimi – bütün su içində olan, üst-başı başdan-başa islanmış adam haqqında. ..Arıq adam islanmış cücə kimi büzüşüb danışdığına peşman oldu. M.Hüseyn.


Son arananlar: