turklehceleri.org

islanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

islanmaq

f. İslaq hala gəlmək. Yağışa düşüb islanmaq. Suya düşüb islanmaq. – Əzizim, gülüstana; Şeh düşüb gülüstana; Qorxuram göz yaşımdan; Qoynunda gül islana. (Bayatı). Az keçdi, yenə güclü yağış başladı başdan; Bir anda bahar paltarım islandı yağışdan. S.Rüstəm. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca, havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Suyun və ya başqa bir mayenin təsiri ilə yumşalmaq, sərtliyini, diriliyini itirmək, canına hopmaq. Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

islanmaq

nəmlənmək, yaşlanmaq
{nemlenmek, yaşlanmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

islanmaq

ıslanmak


Son arananlar: