insanlıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
insanlıq
is.
1. top. Bəşəriyyət, insanlar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. İnsanlığa Tusilər, Səbuhilər verdik biz; Şerimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza. Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid qanından qızaran bayraq! B.Vahabzadə.
2. məc. İnsanpərvərlik, əsil insana xas olan sifət və fəzilətlər; mürüvvət. Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Yox kimsədə mərhəmətlə vicdan; İnsanlığı həp unutdu insan. H.Cavid. Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov. • İnsanlıq sifətini itirmək – ədalətsiz, qeyri-vicdani iş görmək, insan adına layiq olmayan hərəkətlərə yol vermək. Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
insanlıq
I. bəşəriyyət
{beşeriyet}
II. mürüvvət
{ongunluk}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
insanlıq
insanlık