turklehceleri.org

inildəmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

inildəmək

f.
1. Bərk ağrı, əziyyət, ruhi iztirab və s. nəticəsində yavaşca, ağlar kimi həzin səs çıxarmaq; zarımaq, sızıldamaq. Yaralı inildəyir. – Yatır, inildəyir, durub boylanır; Bir neçə yerindən yaralı gördüm. Aşıq Ələsgər. Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyəinildəyə (z.) sürünən o kiçik heyvana baxdım. A.Şaiq.
2. məc. Məruz qaldığı bir hadisənin və ya vəziyyətin ağırlığından sızıldayıb şikayətlənmək; ruhdan düşmək, bədbinlik göstərmək. ..Rüstəm həmişə əllərinə güvənmiş və inildəməmişdi. S.Rəhimov.
3. məc. Həzin, yanıqlı musiqi, nəğmə səsi haqqında; ümumiyyətlə, insanda hüzn və kədər oyadan səs haqqında. Kaman inildəyir. // Yazıq-yazıq mələmək. Dağda maral xoş mələr; Xoş inildər, xoş mələr; Sənsiz bir ah çəkərəm; Dağ inildər, daş mələr. (Bayatı). [Dərviş:] Könlüm yaralı maral kimi inildəyirdi. A.Divanbəyoğlu.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

inildəmək

zarımaq, sızıldamaq
{ağlamak, sızlamak}


Son arananlar: