turklehceleri.org

imdad

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

imdad

is. [ər.] Kömək, yardım; darda qalmış bir adamın köməyinə yetişmə, dadına yetmə. Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. “Koroğlu”. Görüşdülər, öpüşdülər o qəhrəmanlar; Birbirinin xilaskarı, imdadı kimi. S.Vurğun. [Qız] əlləri ilə oğlanın iri çiyinlərinə elə ilişmişdi ki, deyərdin, bundan nə isə kömək, imdad gözləyir. Mir Cəlal. • İmdad etmək (eləmək, qılmaq) – kömək etmək, dadına yetmək. Könül şəhrin çalıb yəğmaladı qəm ləşkəri, Zakir; Neçin imdad qılmaz, bəs deyirdin padişahım var. Q.Zakir. Çün natəvanü zarü zəifəm firaqdən; Bu gün də yar etməsə imdad, ağlaram. X.Natəvan. Sən könül fürsət tapıb ol yarə qurban, kim sənə; Gər əlimdən gəlsə, billah, mən də imdad eylərəm. S.Ə.Şirvani. İmdada qoşmaq – bax. imdadına qoşmaq (yetmək). [İblis:] Heyhat, olamaz dərdinə bir kimsədən imdad; İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. H.Cavid. İmdada yetirmək – köməyə çatdırmaq, dada yetirmək. Çünki hicran ələmi saldı məni zindanə; Ey əcəl, rəhm elə, sən özün imdada yetir. Heyran xanım. İmdaddan düşmək – gücdən düşmək, əldən düşmək, qocalmaq. O, imdaddan düşüb, heç bir şeyə yaramır. İmdadı kəsilmək – hər şeydən ümidi kəsilmək, köməksiz qalmaq. Oğlu öldü, imdadı kəsildi. İmdadına qoşmaq (yetmək, çatmaq, gəlmək) – bərk ayaqda, çıxılmaz vəziyyətdə qalmış bir adamın dadına çatmaq, köməyinə gəlmək. [Gülsənəm:] Səndən başqa bizim imdadımıza yetən yoxdur. S.S.Axundov. [Kimon:] Çatdı imdadına bu qız, ey xan! A.Şaiq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

imdad

kömək, yardım
{yardım, medet}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

imdad

imdat


Son arananlar: