həzin
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
həzin
sif. [ər.] Hüzn gətirən, hüzn doğuran, hüznlü, kədərli, yanıqlı. Musiqinin həzin təranələri. – Bu həzin bulaq şırıltısı Kazımın qulaqlarında .. ağır bir həyat faciəsi kimi təsirli idi. M.İbrahimov. Həzin nəğmə deyir indi bağça, bağ; Yadıma yaxınlar, uzaqlar düşür. N.Xəzri. // Hüzn, kədər ifadə edən. Həzin bir çöhrə. Həzin bir baxış. – [Səttar] qapını açmaq istəyirdi ki, qulağına həzin və ürəkyandırıcı bir səs gəldi. P.Makulu. həzin-həzin zərf Həzin, kədərli bir surətdə, qəmli-qəmli, yanıqlı-yanıqlı. Həzinhəzin oxumaq. – [Sayalı xala] yuxuda gördü ki, Xasay xəstələnmişdir, həzin-həzin inildəyir. Ə.Vəliyev. Beləcə vidalaşır iki əziz sevgili; Həzin-həzin hardasa çalınır uzaqda ney. Ə.Cəmil.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
həzin
qəmli, kədərli, yanıqlı, iniltili, acınacaqlı
{gamlı, kederli, dertli, iniltili, hüzünlü}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
həzin
hazin