həyasız
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
həyasız
I. sif. Üzündə abır-həya olmayan; abırsız, utanmaz, ədəbsiz, arlanmaz, arsız. [Qəhrəman:] Mən [xanımı] ilk dəfə görürəm... Amma yamanca həyasız qadındır. H.Nəzərli. // İs. mənasında. Der: – Hara gəlibsən, ey həyasız; Əldən bu işi nola qoyasız! Xətayi. [Veys:] Yox, dövlətli həyasızlar özlərini abırlı sayıb, arvadlarını gizlətsinlər, bizimkilər abırlı ola-ola açıq gəzsinlər! Ə.Əbülhəsən.
II. (=həyasızcasına) zərf Həyasızlıqla, ədəbsizcəsinə, utanmazcasına, çəkinmədən, həya etmədən, utanmadan, arsız-arsız. Konkada oturan ağyaxalı bir rus çinovniki ara vermədən həyasızcasına mırt-mırt mırıldanırdı. M.S.Ordubadi. Bu lütlərin, acların işləri kimi sözləri də çox həyasızcasına aşkar, açıq deyilirdi. Ə.Əbülhəsən.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
həyasız
abırsız, arsız, ədəbsiz, utanmaz, sırtıq
{hayâsız, arsız, edepsiz, utanmaz, arlanmaz}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
həyasız
hayâsız, utanmaz