turklehceleri.org

həqiqət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

həqiqət

is. [ər.]
1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s. Həqiqət belədir. Həqiqəti olduğu kimi danışmaq. Həqiqət acı da olsa, demək lazımdır. Bunların heç biri həqiqətə oxşamır. – Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir! M.Ə.Sabir. Nə odlar görmüsən!.. Bu bir həqiqət! Fəqət darılmamış sana təbiət! S.Vurğun. // Bir şeyin əsli, mahiyyəti, künhü. İşin həqiqəti yenə də müəyyən edilmədi. – Axirüləmr, İbrahim, yəni bizim yalançı İbrahim məcbur oldu ki, açıb işin həqiqətini [qıza] desin. (Nağıl). Mübahisə zamanı həqiqət üzə çıxır. H.Seyidbəyli. // Düzlük, vicdan, yaxşılıq, xeyirxahlıq, ədalət. Həqiqət aramaq. – ..Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. Qəlbimiz məşəl olsa; Aydınlatsa zülməti; Onda yəqin taparıq; Əsrlərin içində; Gizlənən həqiqəti. R.Rza.
2. Həyatda, təcrübədə sınanmış fikir, mülahizə, mühakimə. Hamıya məlum bir həqiqət. Bu, sınaqdan keçmiş həqiqətdir.
3. Doğrudan da, həqiqətən. Bu yerlər həqiqət gözəldir. – Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. N.Vəzirov. [Sultan bəy:] Hə, yaxşı tanıyıram, həqiqət [Mürsəl] çox gözəl kişi idi. Ü.Hacıbəyov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

həqiqət

I. doğruluq, düzlük, haqq, ədalət
{doğruluk, dürüstlük, hak, adalet}

II. gerçəklik, varlıq
{gerçeklik, varlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

həqiqət

gerçek, hakikat


Son arananlar: