həcm
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
həcm
is. [ər.]
1. Bir şeyin kub vahidləri ilə ölçülən uzunluğu, hündürlüyü və eni. Həndəsi cismin həcmi. Kubun həcmi. Binanın həcmi.
2. Ölçü, böyüklük, miqdar və s. baxımından bir şeyin tutumu. Çəlləyin həcmi. Vaqonun həcmi. – Külli miqdarda neft və qaz yalnız böyük həcmdə boşluqları, yəni müəyyən məsamələri olan süxurlarda yerləşir. “Neft və qaz quyularının qazılması”. // məc. Böyüklük, ölçü, kəmiyyət və s. cəhətdən bir şeyin miqyası. İşin həcmi. Tikinti işlərinin həcmi. – Nizami qoltuğundan böyük bir dəftər həcmində bir məktub çıxarıb Fəxrəddinə verdi. M.S.Ordubadi. ‣ Həcm ölçüləri – maye və dənəvər maddələrin ölçüləri (litr, kubmetr və s.).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
həcm
tutum, iç
{tutum, iç}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
həcm
hacim