huşguşla
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
huş-guşla
zərf Bütün diqqətini toplayaraq, diqqətlə, diqqət yetirərək, fikrini cəmləşdirərək. Huş-guşla məruzəçini dinləmək. – Qərəz, gördüm ki, müsəlmanlar yığışıblar bir dükanın qabağına və huşguşla qulaq asırlar. C.Məmmədquluzadə. Qadir əmisini dinləyir, süfrə kənarında oturanların da tamam huş-guşla Həmzəyə qulaq asdıqlarını .. xatırlayırdı. Ə.Əbülhəsən.