turklehceleri.org

hissiyyat

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hissiyyat

is. [ər. “hiss” söz. cəmi] Hisslərlə, duyğularla bağlı hallar, hissi təəssürat; hisslər, duyğular. [Yaşlı kişi:] Gənclik hissiyyatım məni [qadına] tərəf çəksə də, şüurum belə bir işdən çəkinməyi mənə tövsiyə edirdi. S.Hüseyn. Şəxsi müşahidələr və hissiyyata əsaslanan [Rüstəmin] mülahizələri çox zaman doğru çıxardı. M.İbrahimov. ‣ Hissiyyata qapılmaq – öz hisslərinə uymaq, tabe olmaq, hisslərinin tələbinə, xəyala, hissiyyata görə hərəkət etmək. ..Mötəsim xəlifənin katibləri Babək üsyanının cərəyanı və onun inkişafı yollarını yazarkən dini hissiyyata qapılıb, həqiqəti tamamilə təhrif ediblər. M.S.Ordubadi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

hissiyyat

bax: hiss
{bkz. hiss}


Son arananlar: