turklehceleri.org

hazırlanmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hazırlanmaq

1. “Hazırlamaq”dan məch. Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı. Ə.Vəliyev. // Hazırlıq işləri aparılmaq. Bayrama hazırlanmaq. Qonaqları qarşılamağa hazırlanmaq. – Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi. Çəmənzəminli.
2. f. Hazır olmaq, özünü hazırlamaq, hazırlaşmaq. Bayrama hazırlanmaq. – Vaxt keçmişdi, çayçı, dükanının qapılarını içəridən bağlayıb yatmağa hazırlanırdı. S.Hüseyn. Məhərrəm cavab vermək üçün hazırlandı. H.Nəzərli.
3. məch. Qayrılmaq, düzəldilmək. Əlavə çoxlu ehtiyat hissələri hazırlandı. – Bu hissələr hazırlandıqca bir-birinin ardınca zavoda göndərilirdi. H.Seyidbəyli.


Son arananlar: