turklehceleri.org

gəzdirmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gəzdirmək

f.
1. Birisinin əlindən tutaraq, ya qucağına götürərək, yaxud miniyə mindirərək, yaxud da yanınca özü ilə bərabər hərəkət etdirmək. Uşağı bağda gəzdirmək. Körpəni gəzdirmək. Uşaqları maşında, faytonda gəzdirmək. – [Əhmədi] lap körpəliyindən xalı-xalça üstündə gəzdiribmiş.. “Koroğlu”. Dildar uşaqları gəzdirməyə aparmışdı. Ə.Vəliyev. // Cilovundan tutaraq hərəkət etdirmək. Tərini soyutmaq üçün atı gəzdirmək.
2. Birini özü ilə aparıb, ya onu müşayiət edib göstərmək. [Roza] məni gəzdirib otaqları göstərirdi.. Çəmənzəminli.
3. Həmişə yanında saxlamaq, özü ilə birlikdə aparmaq. Silah gəzdirmək. – [Kərim baba] tüfəngi hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. A.Şaiq. Axır bu dəftərləri portfelə yığıb qoltuğunda gəzdirməyin mənası nədir? Qantəmir. // Üzük, saat və s. haqqında. Saat gəzdirmək.
4. Bir şeyi başqa bir şeyin üstündə dolandıraraq, hər tərəfinə səpmək. Plova zəfəran gəzdirmək. Halvaya darçın gəzdirmək. – Sapılcanı hər iki qabın üzərinə gəzdirdi.. S.Rəhimov.
5. Bir şeyi başqa bir şeyin üstünə sürtmək, dolandırmaq. Əlini uşağın belində gəzdirmək. – Möhsün müəllim əlini yuxarı daranmış sıx qara saçlarında gəzdirir. S.Rəhimov. [İkram] ..dodaqlarını anasının üzündə gəzdirərkən qapıda səs-səmir eşidildi. Ə.Əbülhəsən.
6. Bir sıra isimlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: göz gəzdirmək, əl gəzdirmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

gəzdirmək

gezdirmek


Son arananlar: