gərək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gərək
1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir). Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, – yazma.. M.Araz. • Gərək olmaq – lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə gərək olar? (Ata. sözü). Tənbəldən kömək olmaz; Kimsəyə gərək olmaz; İşində çalışgilən; Zəhmətsiz yemək olmaz. (Bayatı).
2. Feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirən modal söz. Gərək gedim. Gərək o sözü deməyəydim. – Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? S.Hüseyn. [Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir. S.Rüstəm. [Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov.
3. bağl. mənasında. İstər, həm. Gərək dost, gərək düşmən.
4. İs. mənasında, dan. Yaraq, silah, ləvazimat. Gərəyini götürdü. – Yüz gün yaraq, bir gün gərək. (Ata. sözü). Gərəkdir şəklində – lazımdır, vacibdir, zəruridir. Dərd çəkənə gərəkdir. (Ata. sözü). Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif. Ey dust, bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyüqılman ola, könlüm səni istər. S.Ə.Şirvani. ‣ Gərək ki – ehtimal ki, deyəsən, olsun ki, yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm. İndi, gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov. [Əminə:] Başımda şal otağa girdim, gərək ki, suqabını götürmək istəyirdim. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gərək
lazım
{lüzum}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gərək
gerek