gərmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gərmək
I. f. Gərilmiş hala gətirmək, dartmaq, tarım etmək, açmaq. Qarğa döşünü gərməsə qaz olmaz. (Ata. sözü). Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. ..Leylək hər iki qolunu yana gərib var gücü ilə bir də gərnəşdi.. S.Rəhimov. • Qanad gərmək – qanadlarını bütünlüklə açmaq, uzatmaq. Tərlan genişlik sevər; Göylərdir onun yeri; Qanad gərsin, dolaşsın; Sonsuz mavilikləri. R.Rza. // Obrazlı təşbehlərdə. Hər tərəfdə əsrarəngiz bir sükut qanad gərmişdi. M.Hüseyn. Ölüm müdhiş qanadını uşağın üstünə gərmişdi. Mir Cəlal. // Bir şeyi uclarından və ya kənarlarından çəkərək düz hala gətirmək. ‣ Sinə gərmək – çətinlikdən çıxmaq, qalib gəlmək. Təzə bəlalara biz sinə gərdik; İstiqbal milləti sevindirmədi. B.Vahabzadə.
II. is. [fars.] Yemişdən əvvəl yetişən qovun növü. Qovunun, gərməyin qurudu tağı; Getməz bu sinəmdən qarpızın dağı. Aşıq Məmməd.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gərmək
I. ayırmaq, sərmək
{ayırmak, sermek}
II. dartmaq, çəkmək, tarımlamaq
{tartmak, çekmek, ölçmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
gərmək
germek