gərilmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
gərilmək
məch.
1. Bərk dartılmaq, tarım çəkilmək, tarımlanmaq. Sazın telləri gərildi. Gəminin yelkənləri gərildi. // məc. Gərgin hala gəlmək, gərginləşmək. Əsəbləri şiddətlə gərildi, damağını dumanlı bir atəş sardı. A.Şaiq. Elə ki qalxıram masa dalından; Xəyalım dikilir, fikrim gərilir. B.Vahabzadə.
2. Qanadları dümdüz hala gəlmək, tam açılmaq. [Turac] yerdən iki-üç addım hündürdə uçaraq gərilmiş qanadlarını bir dəfə belə çalmadan süzməyə başladı. M.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
gərilmək
I. uzadılmaq, sərilmək, aralamaq
{uzatılmak, serilmek, aralamak}
II. dartılmaq, çəkilmək, tarımlaşmaq
{tartılmak, çekilmek, ölçülmek}