göstərmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
göstərmək
f.
1. Görməsinə imkan yaratmaq; görsətmək. Evləri cərgələmə; Tikilmiş cərgələmə; Açma günəş camalın; Göstərmə hər gələnə. (Bayatı). Gah göstərdin, gah gizlətdin yanağı; Axır məni dərdə saldın, al etdin. M.P.Vaqif. [Cahan xala:] Arşın mal aparmışdım, qızlara göstərəm. Ü.Hacıbəyov. // Baxmaq, yoxlamaq üçün təqdim etmək. Sənədlərini göstərmək. // İzahat verərək tanış etmək. Otaqlarını göstərmək. Eksponatları göstərmək. – Pişxidmətbaşı və Xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. Kişi axunda yem yeyən atlarını göstərib, fəxr edirdi. Mir Cəlal. // Tamaşaçılar qarşısında nümayiş etdirmək. Yeni tamaşa göstərmək. Yeni film göstərmək. Tələbələrə kimyəvi təcrübə göstərmək.
2. Müayinə edərək baxmaq, məsləhət almaq üçün gətirmək. Uşağı həkimə göstərmək. Dissertasiyasını rəhbərinə göstərmək.
3. Əl və ya baş hərəkəti ilə birinin diqqətini bir şeyə cəlb etdirmək, nişan vermək, işarə etmək. Evi göstərmək. Yolu göstərmək. Əli ilə pəncərəni göstərmək. – [Cavad] əlilə düşmən sərhədlərini göstərərək dedi.. Ə.Vəliyev. Ovçu, Elçinin göstərdiyi yerə baxanda, burnuna yel doldu.. M.Rzaquluzadə. // Təqdim etmək. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı və məni göstərərək tanış etdi. S.S.Axundov.
4. Bədii əsərdə təsvir etmək, əks etdirmək. Xalqın qəhrəmanlığını göstərmək. Əsərdə əmək adamlarının rəşadətini göstərmək.
5. Şərh etmək, izah etmək, anlatmaq, başa salmaq. Təcrübənin gedişini göstərmək. Cihazlardan istifadə qaydalarını göstərmək. Məsələnin həllini göstərmək.
6. Bəlli etmək, şəhadət etmək. Bu söz onun niyyətini açıq göstərir.
7. Hər hansı bir keyfiyyət, xüsusiyyət, hal büruzə vermək, aşkar etmək. Cəsarət göstərmək. Bacarıq göstərmək. Alicənablıq göstərmək. – Qulac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”. Şah buyurdu ki: – Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə, müəllimlikdə qabiliyyət göstərdiyindən işləri gün-gündən tərəqqi etməkdə idi. Ə.Haqverdiyev. // Kəmiyyətcə bu və ya başqa nəticələr vermək. Qaçışda yaxşı nəticə göstərmək. Təyyarə ən yüksək sürət göstərdi.
8. Bildirmək, demək və ya yazmaq. Bəhmənyar göstərir... Müəllif göstərir ki...
9. Göstərərəm, göstəririk, göstərər(lər) şəklində dan. – təhdid, hədə mənasında. Mən sənə göstərərəm... Ona göstərərlər... – [Zaman:] Mənim ixtiyarım yoxdur? Mürtədin qızı, yoxsa mən ata deyiləm? İmdi mən sənə öz ixtiyarımı göstərərəm. Ə.Haqverdiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
göstərmək
baxdırmaq, bildirmək
{sergilemek, bildirmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
göstərmək
göstermek
Son arananlar:
- tegelemeklik,
- wazzyk,
- elbette,
- tegelenişmek,
- Devor,
- Qosh,
- haýdamak,
- orguy,
- redaktsion,
- gözgyny,
- tegelenmek,
- inchikilik,
- qalb,
- dala,
- çəkinmək,
- asaba,
- tegeleýiş,
- çermik,
- köwelmek,
- jasurona,
- şahana,
- göstərmək