turklehceleri.org

gizlicə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

gizlicə

zərf
1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq. – Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar gizlicə. M.Araz.
2. Heç kəs bilmədən, heç kəsin xəbəri olmadan; məxfi. Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Bayandır xan .. [quldurların] üstünə gizlicə göz qoydurmuşdu. M.Rzaquluzadə. Mənə gizlicə baxır; Qəzəblə dolu gözlər. B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

gizlicə

xəlvətcə
{saklıca}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

gizlicə

kaçamaklı


Son arananlar: