fərz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
fərz
is. [ər.]
1. Güman, təxmin, ehtimal; bir şeyi var və ya yox sayma. • Fərz edək (ki)... – tutaq ki... Belə fərz edək ki, indi ramazan daxil oldu. C.Məmmədquluzadə. Fərz etmək – güman etmək, ehtimal etmək, təxmin etmək, hesab etmək. Mən belə fərz edirəm ki... – Bir dəqiqəliyə belə fərz eləyək ki, Midhət .. günahkardır və ona verilən ağır cəza da ədalətlidir. M.Hüseyn. Fərz olunmaq – güman edilmək, ehtimal edilmək, təxmin edilmək, niyyətdə tutulmaq.
2. Vacib, zəruri, daha artıq lazım (vacib) olan şey. Ey insanlar, fərz deyilmi bizlərə; Rəhm eyləmək, əl tutmaq acizlərə? A.Səhhət. • Fərz olmaq – vacib olmaq, zəruri olmaq, lazım olmaq. Hələ ki müqərrər oldu getmək; Fərz oldu bu sirri zahir etmək. Füzuli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
fərz
ehtimal, güman, zenn
{ihtimal, olasılık, zan}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
fərz
farz