turklehceleri.org

fəryad

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

fəryad

is. [fars.] Acı-acı bağırma; nalə, fəğan, ah-nalə, vaveyla. Oğlunu itirmiş ananın fəryadı. – İnilti, qışqırıq, ah, fəryad, gülüş; Bürüyüb aləmi, dönüb tufana. M.Rahim. Bu insan fəryadına; Baxdıqca nələr düşür; Hər baxanın yadına. B.Vahabzadə. • Fəryad etmək (qoparmaq, çəkmək, qılmaq) – acı-acı bağırmaq, ah-nalə etmək, fəğan etmək. Həqiqət hal, hər həftə fəryad etmək də yaxşı deyil. N.Nərimanov. Gəlin... acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. // məc. İnləmək, ağlamaq, sızlamaq. Axır günün əvvəl eyləyib yad; Axıtdı sirişkü qıldı fəryad. Füzuli. Külək uğuldadıqca çinarın qurumuş yarpaqları fəryad qoparırdı. Ə.Vəliyev. Üç addım o tərəfdə kiçik bir qız fəryad edir. Ə.Məmmədxanlı. Fəryada gəlmək – bax. fəryad etmək. Ələmi-layətənahinin əlindən, Hadi; Yeri vardır nə qədər gəlsən əgər fəryadə. M.Hadi. // Qışqırıq, bağırtı, çığırtı. Xəstənin fəryadı. – İçəridən boğuq bir səs gəldi, ani bir fəryad duyuldu. Çəmənzəminli. • Fəryad qoparmaq (etmək) – qışqırmaq, bağırmaq, çığırtı salmaq. // İmdada, köməyə çağırış səsi. Fəryadına yetişən olmadı. – Heç kəs Nəbinin səsini, naləsini, fəryadını eşitmirdi.. Ə.Abasov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

fəryad

nalə, fəğan, şivən, müsibət, felaket, çığırtı, bağırtı, qışqırtı
{nale, figan, şiven, musibet, felaket, çığlık, bağırtı, kışkırtı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

fəryad

çığlık, feryat


Son arananlar: