turklehceleri.org

fənd

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

fənd

is. [fars.]
1. Hiylə, kələk, fırıldaq, dolab, qurğu, biclik. Fənd fəndi kəsər, Allah hər ikisini. (Ata. sözü). Dostdan dosta bu nə fənddi? Zülfün boynuma kəmənddi. Aşıq Ələsgər. Əllafın fəndinə adamlar mat qaldılar. Mir Cəlal. • Fənd bağlamaq – hiylə gəlmək, kələk gəlmək, aldatmaq. [Yusif:] İnandırıram sizi ki hərgah bir də fənd bağlaya, çox işlər görər. N.Nərimanov. Fənd işlətmək – 1) fırıldaq qurmaq, hiylə işlətmək, kələk gəlmək, fənd qurmaq; 2) məc. bir işi görmək üçün müxtəlif üsullardan istifadə etmək. Fəhlələrin daha düzgün fənd işlətdiklərini görən yanğın alayı da onlara qoşuldu. M.Hüseyn. [Qönçə Ataşa:] Nə eləyəcəksən, nə cür fənd işlədəcəksən özün bil, ancaq məni buradan qurtar. Ə.Vəliyev. Fənd qurmaq – birisinə qarşı gizlindən tələ qurmaq, hiylə düzəltmək, biclik işlətmək. [Hacı Qəmbər:] Qoçum Cəbi, görüm nə təhər fənd quracaqsan. N.Vəzirov. Fənd tərpənmək – hiyləyə qarşı hiylə işlətmək, zirək tərpənmək, usta hərəkət etmək. [Sirat:] Amma Abdulla oğlu Bülənd fənd tərpəndi. Ə.Əbülhəsən. Fəndə salmaq – hiylə işlədərək aldatmaq, tora salmaq.
2. İdman yarışlarında rəqibi aldatmaq üçün tətbiq edilən üsullar; kombinasiya. Futbolçunun işlətdiyi fəndlər. Rəqibin fəndini başa düşmək.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

fənd

I. ustalıq, məharət, hünər
{ustalık, maharet, hüner}

II. hoqqa, oyun, fırıldaq
{hokka, oyun, fırıldak}

III. kələk, hiylə, biclik
{düzen, hile, dalavere}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

fənd

aldatma, dolap


Son arananlar: