fəda
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
fəda
is. [ər.] Ən əziz bir adam və ya yüksək amal, iş yolunda özünü qurban etmə; qurban. Pəri sənə qurban, dirili Qurban; Yolunda fədadı bu baş ilə can. “Qurbani”. • Fəda etmək – canını qurban etmək. [Mirzə Rza:] Qardaşlar, bütün İran məzlumlarını və onların arasında öz balalarımı xilas etmək üçün mən də həyatımı fəda edirəm. C.Cabbarlı. Fəda olmaq – özünü fəda etmək, canını qoymaq, qurban etmək, həlak olmaq. Qıldın bu vəfalığı mənimlən; Can ola fəda sənə tənimlən. Xətayi. Fəda olum – qurban olum (nəvaziş, mehribanlıq, yalvarış bildirir). [Oğul:] Ata, sənə fəda olum, mənə görə qulluq. (Nağıl). Fəda olum sənə, gəl eylə imtahan, ölürəm. Natəvan. Fəda qılmaq klas. – bax. fəda etmək. Qurban bu mehribanlığa, ey Kəbeyi-ümmid; Bundan sonra çevir başına, qıl fəda məni. S.Ə.Şirvani.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
fəda
qurban, tələfat
{kurban, telef}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
fəda
feda