turklehceleri.org

fövqəladə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

fövqəladə

sif. [ər.]
1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş. Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi, həftədə bir dəfə olardı. Çəmənzəminli. [Səriyyə:] Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim. İ.Əfəndiyev. // Başqalarından ayrılan, başqalarına bənzəməyən; qeyri-adi, müstəsna. Zeynal özünü fövqəladə bir adam hesab edirdi. S.Hüseyn. Amsar kəndinin fövqəladə bir kənd olmadığını söylədik. Ə.Sadıq. // Son dərəcə güclü. [Tahirin] uşaq xəyalında Dilman fövqəladə bir cəngavər kimi ucalmışdı. M.Hüseyn. Sərvinaz qarı içəridən od tutub alovlansa da, fövqəladə bir mətanət göstərir, evinə gəlib-gedənlərə ürək-dirək verirdi.. B.Bayramov.
2. Təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric. Fövqəladə qurultay. Fövqəladə tədbirlər. Fövqəladə vəkalət. // Ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar olan. Fövqəladə vəziyyət (ölkədə və ya onun hər hansı bir hissəsində müəyyən vaxt ərzində həyata keçirilən və əhalinin vətəndaşlıq hüquqlarını məhdudlaşdırmaqdan, hakimiyyəti hər hansı xüsusi orqana verməkdən və s.-dən ibarət xüsusi hüquqi vəziyyət). Fövqəladə vergi(lər) (ölkədə hər hansı bir xüsusi hadisə baş verdikdə qoyulan məcburi vergi növü). Fövqəladə qanunvericilik (hərbi və ya mühasirə vəziyyəti dövründə tətbiq olunan və hökumətə xüsusi səlahiyyətlər verən qanunlar). Fövqəladə Komissiya (sovet hökumətinin ilk illərində əksinqilab, möhtəkirlik və vəzifə cinayətləri ilə mübarizə aparmaq üçün mövcud olmuş dövlət orqanı).

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

fövqəladə

fevkalade, olağanüstü


Son arananlar: