emosional
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
emosional
sif. [fr.]
1. Emosiya ifadə edən, emosiya ilə dolu olan, həyəcanlı. Emosional nitq. – ..[S.Vurğunun] dili çox aydın, səlis, emosional və obrazlıdır. O.Sarıvəlli. ..Musiqi mədəniyyətinin yeni bir qələbəsi kimi qarşılanan “Yeddi gözəl” baletinin musiqisi .. emosional cəhətcə dolğun məzmunlu böyük bir ilham məhsuludur. Ə.Bədəlbəyli.
2. Tez təsirlənən, tez həyəcanlanan, tez mütəəssir olan, özünü saxlaya bilməyən. Emosional hal. Emosional xasiyyət. – Cabbarlı öz canlı bədii surətləri ilə tamaşaçıların yalnız şüuruna, mühakiməsinə deyil, eyni zamanda hissiyyatına, emosional varlığına da təsir etməyə çalışır. M.Arif.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
emosional
həyəcanlı
{heyecanlı}