ecazkar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ecazkar
sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan. ..[Kərim xanın] sağlam vücudu ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. M.İbrahimov. Bu daxili həyəcan, ecazkar bir qüdrətlə bütün şagirdləri .. ürəkdən tərpədir və bütün gücü ilə tutub silkələyirdi. S.Rəhimov. Aradan uzun, .. xeyli uzun illər keçmişdir. Lakin sənətin o ecazkar səsi unudulmamışdır. İ.Əfəndiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
e’cazkar
əcaib, qəribə, xariqüladə
{acayip, garip, harikulade}