dəyənək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəyənək
is.
1. Bir başı toppuz çomaq, əl ağacı. Çoban dəyənəyi. Dəyənək ilə vurmaq. – Əvvəli hənək, axırı dəyənək. (Ata. sözü). [Yetər:] Hənək, hənək, axırı dəyənək... N.Vəzirov. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək. S.Ə.Şirvani. [Qulu:] Əliqulu divandan elə qorxur, necə ki it dəyənəkdən. S.S.Axundov.
2. məc. Güc, zor, kötək mənasında.
3. məc. Yüngül söyüş mənasında. [Gülnaz:] Sənə yüzyaşlı dul arvad yaraşar, ey dəyənək! Ü.Hacıbəyov. ‣ Dəyənək kimi – 1) quru, cod, bərk. Dəyənək kimi çörək; 2) dümdüz, hərəkətsiz. [Hacı Ağakərim:] Rədd ol! Ədə, Xalıq, nə dəyənək kimi dayanmısan! S.Rəhman.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəyənək
I. çomaq
{çomak}
II. güc, zor
{güç, zor}
III. götək
{kötek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəyənək
cop, değnek