turklehceleri.org

dəstələmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dəstələmək

f.
1. Dəstə halına salmaq, dəstə etmək. Uşaq yığdığı sünbülü dəstələməkdə olduğundan Tapdığı tanımadı. Ə.Əbülhəsən.
2. Bir yerə yığmaq, yığışdırmaq. [Qazı] ..utandığından Güllü qızın üzünə də baxa bilməyib, abasının ətəyini dəstələyib evinə getdi. (Nağıl). Xanpəri tez ayağa durub tumanının ətəklərini dəstələdi, “gecəniz xeyrə qalsın!” – deyib cəld çölə fırlandı. Ə.Vəliyev. Aftab xanım tumanının ətəyini əlində dəstələyib yavaş-yavaş pilləkənlə ikinci mərtəbəyə çıxmağa başladı. Ə.Abasov.
3. Çin-çin yığmaq. Muzdur kişi indi cığcığa kimi yüzlükləri on-on bir-birinin üstə dəstələyib evin ortasında düzdü. S.M.Qənizadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dəstələmək

yığmaq, toplamaq
{yığmak, toplamak}


Son arananlar: