dəstə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəstə
I. is. [fars.]
1. Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup. Geoloji kəşfiyyat dəstəsi. Ovçular üç dəstəyə ayrıldılar. Çalğıçılar dəstəsi. – Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Ə.Haqverdiyev.
2. Xüsusi hərbi hissə. Piyada dəstəsi. Kəşfiyyatçı dəstəsi. Partizan dəstəsi. – Sərhədlərdən köhnə qoşunları götürüb yerlərinə təzə və inandığımız dəstələrdən təyin etməliyik. M.S.Ordubadi. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev.
3. Qatar. Quş dəstəsi. – Hərdənbir kəndin üzərindən durna dəstələri ötüb keçirdi. Ə.Məmmədxanlı.
4. Bir əldə tutulacaq qədər, ip və s. ilə bağlanmış gül, göyərti, ot və s. toplusu. Bir dəstə nanə. Bir dəstə çiçək. – Ağ nazik əlinlə bir dəstə bağla; Tər buxaq altına düz bənövşəni. Qurbani. Abbas odun ilə bərabər bir dəstə quluncar da yığıb bazara gətirmişdi... S.S.Axundov. Usta .. əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn. // Bir yerdə bağlanmış, yaxud çin-çin yığılmış eyni cinsli şeylər toplusu. Bir dəstə qəzet. Bir dəstə kağız pul. – Yarməmməd portfelindən bir dəstə əzik-üzük kağız çıxartdı. M.İbrahimov. Kənd poçtalyonu Araza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı. İmran kişi eşiyə çıxıb, kabinetinin qapısını bağladı və açar dəstəsini cingilti ilə paltosunun cibinə qoydu. M.Hüseyn.
5. zool. Heyvanların təsnifatında qohum ailələri birləşdirən bölmə. Buğumayaqlılar dəstəsi. dəstə-dəstə zərf 1) dəstələr halında. Odur, atlılar ya dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. C.Məmmədquluzadə; 2) qatarqatar. Az sonra sanki bütün quşlara xəbər yayıldı. Onlar dəstə-dəstə uçub gəldilər. Ə.Məmmədxanlı.
II. is. [fars.] Bir şeyin əl tutulan yeri, tutacaq yeri; sap, qulp, qəbzə. Qapı dəstəsi. Qılınc dəstəsi. Mişarın dəstəsi. – Xəncərin dəstəsindən tutarkən; “Mən” səsləndi bir nəfər igid oğlan. A.Səhhət. [Mirzə Kərim:] Haydı qardaşlar, ürəklə yapışın kotanın dəstəsindən! Ə.Haqverdiyev. Böyük Koroğludan qalmış yadigar; Budur, dəstəsində barmaq yeri var. S.Vurğun.
III. is. [fars.] köhn. Gecə, yaxud gündüz saat on iki. Xeyr, ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır? C.Məmmədquluzadə. [Vaqif] ..qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin üstündə idi. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəstə
I. qrup, toplu, yığın
{grup, topluluk, yığın}
II. qatar
{dizi}
III. sap, qulp, qəbzə
{sap, kulp, kol}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəstə
alay, demet, deste, ekip, grup, öbek, takım, tutam