dərs
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dərs
is. [ər.]
1. Müəyyən bir fənni öyrənmək üçün daimi, müntəzəm təlim. Edirəm kəsbi-elm leylü nəhar; Gündüzüm dərsdir, gecəm təkrar. S.Ə.Şirvani. // Tədris işi, məktəbdə məşğələ. Dərslər saat 9-da başlanır. – Payız fəsli daxil oldu. Dərslər başlandı. C.Məmmədquluzadə. [Nigar] hər gün dərsə gedir, iclasları da buraxmayırdı. S.Hüseyn. // Ayrıca bir fənnə həsr olunmuş vaxt, saat. Üçüncü dərs ilə dördüncü dərs arasında böyük tənəffüs. – Aşağı siniflərdə birinci dərslərim pis keçmədi. A.Şaiq.
2. Gələn məşğələyə hazırlaşmaq, oxuyub öyrənmək üçün müəllimin şagirdə verdiyi tapşırıq, iş. Dərsini hazırlamaq (öyrənmək). Dərslərini yaxşı bilmək. // Məktəbdə keçilən fənnin hər biri. Musiqi dərsi. Riyaziyyat dərsi. – Ədəbiyyat dərsi .. maraqlı idi, elə bil hamı dadlı həyatın şeri ilə nəfəs alırdı. M.Hüseyn. Reyhan bütün dərslərindən; Hər bir zaman beş alırdı. M.Dilbazi. // Oxuma, təhsil alma. ..Aqil də yır-yığış edib şəhərə, dərsə gəlməyə hazırlaşırdı. Mir Cəlal. • Dərs oxumaq – təhsil almaq. [Fərman] məktəbdə dərs oxuyur, kənd klubunda kino tamaşalarına baxır, rayon mərkəzindən və Bakıdan gələn artistləri dinləyirdi. Ə.Sadıq. // Təhsil, elm, bilik, savad. Onun dərsi azdır. – ..Mən ləqəb sözünü bildirə kimi bilməzdim, çünki dərsim o qədər yoxdu. C.Məmmədquluzadə.
3. məc. Nəsihət, təlqin, öyrətmə. Dərsini yaxşı veriblər. // İbrət, gələcək üçün nəticə çıxarıla biləcək bir şey, hadisə. İnsan üçün böyük dərslərin biri də tarixdir. C.Məmmədquluzadə. • Dərs almaq – ibrət götürmək, öyrənmək. Yaxşı yoldaşdan dərs almaq. – Gah batan, gah çıxan qış günəşindən; Dərs alıb dayanma gendə, ey ilham. M.Müşfiq. Dərs olmaq – ibrət olmaq. Qoyun örnək olsun qalanlarına; Dərs olsun bu, qoca-cavanlarına. H.K.Sanılı.
4. məc. Tənbeh, cəza. • Dərs(ini) vermək – tənbeh etmək, cəzalandırmaq. [Orxan:] Yavər belə qələt eləyə bilməz. Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. İ.Məlikzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dərs
I. tə’lim
{talim}
II. tapşırıq, iş
{vazife, iş}
III. oxuma
{okuma}
IV. nəsihət, təlqin, öyrətmə
{nasihat, telkin, öğretme}
V. tənbeh, cəza
{uyarı, ceza}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dərs
ders, öğretim