dərbədər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dərbədər
sif. [fars.] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş. // Zərf mənasında. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir. • Dərbədər düşmək (olmaq) – qapı-qapı gəzmək, evsiz-eşiksiz qalmaq, yerindən-yurdundan olmaq. [Vəzir:] İndi vəzarəti hər kəsə ki layiq görürsən, ona ver, mən başımı götürüb bu vilayətdən dərbədər olacağam. M.F.Axundzadə. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərkən bir evdə pakizə düxtər. Q.Zakir. Dərbədər düşsün! (olsun!) – qarğış ifadəsi. [Balakişi:] Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Ə.Haqverdiyev. [Xırdaxanım:] Dərbədər olsun, məni bu evə düçar eyləyən! N.Vəzirov. Dərbədər etmək – 1) bax. dərbədər qoymaq. Çərxi-kəcrəftar eylədi vətəndən dərbədər məni. Q.Zakir. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət; 2) dağıtmaq, darmadağın etmək. Aradan keçdi illər; Çarın söndü çırağı; Tarix etdi dərbədər; O qanlı təmtərağı. Ə.Cavad. Sən ölməklə bitməyəcək məsələ; Qoşunların dərbədər olsun gərək. Ə.Vahid. Dərbədər qoymaq (salmaq) – avara salmaq, qapılara düşməsinə səbəb olmaq, evsiz-eşiksiz qoymaq, yurd-yuvasından ayrı salmaq. Xanimanımdan məni saldı, Nəbati, dərbədər; Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm. Ə.Nəbati. Şikəstə Zakirin varı var idi; Xalq içində etibarı var idi; Əbəsəbəs saldı dərbədər, gözəl. Q.Zakir.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dərbədər
I. avara, yurdsuz
{serseri, yurtsuz}
II. dağılma
{dağılma}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dərbədər
avare, derbeder