dəlmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəlmək
f.
1. Bir şeylə deşmək, dəlik açmaq, oymaq. Taxtanı dəlmək. Dəmiri dəlmək. – Ağacdələn öz yuvasını ağac koğuşlarında qayırır. Bunun üçün o, ağacda olan hazır koğuşlardan istifadə edir və ya qurumaqda olan ağacları dələrək, yekə koğuş açır. // Deşib keçmək, dəlib keçmək. Güllə torpaq barını dəldi. – [Atakişi] lap yaxında, yol üstündə əyləşib odlu miskənə ilə rels dələn bir oğlanı dindirdi. Mir Cəlal. // Məc. mənada. Bir qələm əsrlik hicran yaratdı; Bir xalqı yarıya böldü qılınc tək; .. Dəldi sinəsini Azərbaycanın. B.Vahabzadə. Arasıra günəş işıqları [buludları] yarır və iti oxlar kimi göy qübbəsini dəlirdi. M.İbrahimov.
2. məc. Adətən “bağrını”, “qəlbini”, “canını” sözlərlə – mənən incitmək, ruhən əziyyət vermək. Yandırdı şövqün canımı; Dəldi fəraqın bağrımı. Nəsimi. Başıma mənim bir iş gəlibdir; Eşq atəşi ürəyimi dəlibdir. Xətayi. Zalım oğlu onu qoyub nişana; Dəlib ürəyini, boyayıb qana. Aşıq Ələsgər.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəlmək
deşmək, oymaq, qazmaq
{deşmek, oymak, kazmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəlmək
delmek