dəllal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəllal
is. [ər.]
1. Alverdə alanla satan arasında vasitəçilik edən şəxs. Genə şəhr içrə gördü ol minval; Satır əvvəlki eşşəyi dəllal. S.Ə.Şirvani. Dəllallar ilə hiylədə şeytan da bacarmaz! Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz! Ə.Vahid.
2. Hər hansı bir işi həll etmək üçün iki nəfər arasında vasitəçilik edən adam; araçı. Əhməd orta məktəbi bitirdiyi gündən Məhərrəm əmi onun pulsuz dəllalı olmuşdu. A.Şaiq.
3. Aradüzəldən, vasitəçi. O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dəllal
araçı, vasitəçi
{aracı, vasıtacı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəllal
simsar