turklehceleri.org

dədə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dədə

is.
1. Ata. Dədə görməyib, elə bilir ki, Şaqqulu da bir dədədir. (Ata. sözü). [Qurban:] Dədəm öldü, mən də qaldım on altı-on yeddi yaşında. Ə.Haqverdiyev. Dədəmin övladı olmamağına görə nəzir eyləyir ki, bir qızım olsun, seyidə verim. Çəmənzəminli. // Ataya müraciət. [Əmiraslan dedi:] Dədə! Mən məktəbə getməyəcəyəm. Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov.
2. Ustad aşıq, ustad. De, hara sığışar, hara, ey zaman; Bu boyda təhqirə xalqın dözməsi; Dədə Qorqud kimi dədəsi olan; Millətin özünə dədə gəzməsi. B.Vahabzadə. ‣ Dədəsi yanmaq – bax atası yanmaq (“ata”da). Çit almaqdan dədəm yandı; Yudun, yırtdın, xarab etdin. M.Möcüz. Dədəsinə od vurmaq – bax dədəsini yandırmaq. Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən. N.Vəzirov. Dədəsini yandırmaq – bax atasını yandırmaq (“ata”da). Yadından çıxartma ki, kirpinin də hər bir tərəfi tikandır, amma balaca qarışqa onun dədəsini yandırır. “M.N.lətif.”. Meşənin içində bir ağacın oyuğunda pişik göyərçini gizlətdi, dedi: – Sən dur burada, mən gələnə kimi sən buradan çıxsan, dədəni yandıraram. (Nağıl).

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dədə

I. ata
{ata}

II. baba, əcdad
{baba, ecdat}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dədə

baba


Son arananlar: