turklehceleri.org

dırnaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dırnaq

is.
1. Barmaqların ucunun üst tərəfində sümük kimi maddədən ibarət örtü. Dırnaq tutmaq. Dırnaq şotkası (dırnaqları təmizləməyə məxsus kiçik şotka). // At, inək kimi heyvanların ayaqlarının alt hissəsini əhatə edən bütöv və ya haça şəklində buynuz maddə. [Balaxanım Dadaşa:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov. Dırnağilə bəzək vurub nəmli torpağa; Qoyun-quzu mələşərək qalxır yaylağa. S.Rüstəm.
2. Caynaq (quşlarda). • Dırnaq ilişdirmək (keçirmək) – tutmaq, çənginə keçirmək, yapışıb buraxmamaq.
3. dilç. « » və ya “ ” işarəsi olub, mətn daxilində vasitəsiz nitqi, sitatları, əsər adını, başlıqları, ayrı-ayrı sözləri, həmçinin şərti və ya əks mənada işlənən sözləri bildirmək üçün işlənir. • Dırnaq arasında (içində) – bax dırnaqarası. Kobud dedim, kobudluq yerində xoşa gəlir; İşlədirəm bu sözü mən dırnaq arasında. S.Rüstəm. ‣ Dırnağı bərk olsun! – təzə alınan at üçün deyilən xeyirxahlıq ifadəsi. Dırnağı qayım olsun! etnoqr. – təzə gəlin üçün edilən xeyir-dua. ...dırnağı da ola bilməz (deyil) – müqayisələrdə birinin digərindən çoxçox aşağı, dəyərsiz, ləyaqətsiz olduğunu bildirir. [Vəli:] A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Ə.Haqverdiyev. Dırnağı ilə (çalışmaq və s.) – ağır zəhmət və çətinliklə. Sən süngünlə, dırnağınla yer altından yol açarsan; Sən qaranlıq küçələrə gözlərindən nur saçarsan. S.Vurğun. Dırnaq qədər – əsla, qətiyyən, heç. [Mindilli:] Siz bu hadisələrə bir dırnaq qədər də fikir verməyin. S.Rəhman. Dırnaq yeri axtarmaq – girəvə, bəhanə axtarmaq. Dırnaq göstərməyən (sızmayan) – xəsis. Dırnaq ovuca batmaq – 1) bilmədən özü öz işini korlamaq; 2) özünə güvənmək. Ətlə dırnaq arasına girmək – bax ət. Təpədən dırnağa (qədər) – bax təpə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dırnaq

caynaq
{pençe}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dırnaq

tırnak


Son arananlar: