düşüncə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
düşüncə
is.
1. Xəyal, fikir. Düşüncələrə dalmaq. – Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim. // Fikrə, xəyala gələn şeylər; xəyalat. Düşüncələrindən ayrıla bilmir. – Mən belə acı düşüncələr içində olduğum halda, birdən Xədicəgildən bir ağlaşma səsi qopdu. S.Hüseyn. Poladzadə ayağa durduqda Qüdrətov sanki daxilən silkinib düşüncələrdən azad oldu. Ə.Vəliyev. Məsmə xala düşüncədən ayıldı. S.Rəhman.
2. Düşünmə nəticəsində hasil olan qənaət; anlaq, şüur, dərrakə. Siyasi düşüncənin artması. – Düşüncələr yeni, duyğular yeni; Dəyişmiş dünyanın söhbəti, sazı. S.Vurğun. Cəlil Məmmədquluzadə xalqın həyat və düşüncəsindəki bütün mənfi cəhətləri tənqid edirdi. M.İbrahimov. // Ağıl, kamal, qanacaq, mərifət. Düşüncəsini itirmək. – Düşüncə, tərbiyə, zəka zinəti; Budur qadınlığın, məncə, qiyməti. S.Vurğun.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
düşüncə
I. xəyal, fikir
{hayal, fikir}
II. anlaq, şüur, dərrakə
{anlak, şuur, idrak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
düşüncə
bilinç, düşünce