turklehceleri.org

döyülmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

döyülmək

məch.
1. Əl və ya başqa bir şeylə vuraraq əziyyət verilmək; kötəklənmək, əzişdirilmək. Bərk döyülmək. – Bir də görürdün [Dəli Səməd] döyüldüyü yerdə, gözləri yaşlı qəhqəhə çəkib gülürdü. Çəmənzəminli. [Əhməd:] Təqsir onda, amma döyülən mən. Ə.Haqverdiyev. [Səfər:] Döyülməyinə döyüləcəyəm, qoy .. ağıllı-başlı döyülüm. C.Cabbarlı.
2. Çəkicin zərbi ilə yayılıb müəyyən şəklə salınmaq. Mis döyülüb nazikləşdirildi.
3. Bir şeylə vurularaq səs çıxarılmaq; taqqıldadılmaq. Qapı döyülür, Asya qapını açır. Ü.Hacıbəyov. Birdən qapının yavaşcadan döyüldüyü eşidildi. S.Hüseyn. Çox keçmədi ki, pəncərə içəridən iki dəfə yavaşca döyüldü. Ə.Abasov.
4. Sünbüldən ayrılmaq (müxtəlif alətlər vasitəsilə). Hətta burası da yadımdadır ki, ..[taxıl] təzə döyülürdü. C.Məmmədquluzadə. ..Gecə döyülən taxılı sovururdular. Ə.Əbülhəsən. Tarlalardan biçilmiş buğda, arpa [sentyabrda] xırmanlarda döyülüb yığışdırılır. Ə.Sadıq.
5. Üyüdülmək, narın hala salınmaq. Həvəngdə döyülmək.
6. Qiymə halına salınmaq. Ət qiyməkeşlə döyüldü.
7. məc. Məğlub edilmək, əzişdirilmək.
8. xüs. Müəyyən üsulla bədənə yeridilmək.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

döyülmək

dövülmek


Son arananlar: