turklehceleri.org

dayə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dayə

is. [fars.]
1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə. O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi. İ.Musabəyov. [Ağca] dünyagörmüş xanımların məsləhəti ilə bir dayə tutub, uşağı ona tapşırdı. Mir Cəlal. // Özgə uşaqlarına öz südünü verib bəsləyən qadın. // məc. Ümumiyyətlə, tərbiyəçi, tərbiyə edib yetişdirən. Dayəm idi bu dərə, dağlar mənim; Oynağım olmuş idi bağlar mənim. A.Şaiq.
2. Öz balasından əlavə başqa bir balaya da süd verən doğmuş heyvan. Qoyunların südü az olduqda və ya onların yelini xəstə olduqda və dayələr (“analar”) olmadıqda, quzulara inək, yaxud qoyun südü içirtmək lazım gəlir. “Ümumi zootexniya”.
3. Xəstəxanalarda xəstələrə qulluq edən qadın. // məc. Baxıcı, xidmətçi. ..Dayənin xoş sözü, nəvazişi də; Körpə ürəkləri isidə bilməz. B.Vahabzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dayə

I. mürəbbiyə
{mürebbiye}

II. xidmətçi
{hizmetçi}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dayə

dadı


Son arananlar: