turklehceleri.org

daramaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

daramaq

f.
1. Daraqla tükləri bir-birindən ayırıb nizama salmaq. Başını daramaq. – [Qərənfil] ikinci mərtəbədə bədənnüma güzgünün qabağında durub .. saçlarını darayırdı. M.Hüseyn. Bahardır, gəl çıxaq düzə, sevgilim! Dara saçlarını, bəzə, sevgilim! M.Rahim.
2. Daraqdan keçirmək, daraqlayıb təmizləmək. [Dilbərin] yaşı yüzü çoxdan ötmüş qoca nənəsi Həcər isə döşək üstündə oturaraq yun darayırdı. Ə.Sadıq.
3. Ot, saman və s.-ni şana və ya dırmıqla yığmaq, toplamaq; dırmıqlamaq. Əldə biçinçi darağı sərbəsər; Ot darayırlar qarılar hər tərəf. A.Səhhət.
4. Ağacın, kolun və s.-nin lazımsız budaqlarını kəsmək. Darayıb, su verib calaqlamısan; Şaxtadan qışda yaxşı saxlamısan. A.Səhhət.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

daramaq

I. təmizləmək
{temizlemek}

II. yığmaq, toplamaq, dırnaqlamaq
{yığmak, toplamak, tırnaklamak}

III. kəsmək
{kesmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

daramaq

taramak


Son arananlar: