turklehceleri.org

daban

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

daban

is.
1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
2. Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. – Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev. // Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə. Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. C.Məmmədquluzadə. [Dilənçi] ayağına dabanları yatırılıb əyilmiş bir kişi başmağı geymişdi. Ə.Sadıq.
3. dan. Bir daban bərabərində uzunluq. Gülsənəm arvad Cəmilin .. bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn.
4. dan. Dəfə, kərə. Üç daban getmək.
5. Bax ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq. – Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin dabanda bir döyüşçüsən. S.Vurğun.
6. məh. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.
7. Bax dabana. Qapının dabanı. – [Xortdan:] Uşağı olmayan qadınlar gedib qarınlarını ağanın qapısının dabanına sürtərdilər. Ə.Haqverdiyev. ..Üçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov. ‣ Daban almaq – qaçmaq, götürülmək, yüyürüb getmək. Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rəhimov. Daban aldı müxalifin qoşunu. M.Rahim. Uşaq: – Sağ olun, – deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Cəlal. Daban döymək – çox gəzmək. Gündüz axşama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rəhimov. Daban qırmadan – dayanmadan. Onlar daban qırmadan qaçırdılar. “Qaçaq Nəbi”. Dabanına daş dəymək – yubanmaq, gecikmək, ləngimək. Dabanına daş dəymiş – bəduğur, uğursuz. Dabanına tüpürmək – bax daban almaq. Çuğul qarı .. dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl). Salman bəy dedi: – Dabanımıza tüpürək, hər nə ola, ola. N.Vəzirov. daban-dabana zərf Tamamilə. Dabandabana zidd. – Bu şərq küləyilə dabandabana; Bu uzun yollarda qovub səhəri; Böyük Şərq şerinin dühası gəlir. Şəhriyar.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

daban

ökçe, taban

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

daban

dağ geçidi.

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

daban

[da:van], at. 1. Aýagyň tutuşlygyna ýere basýan aşak ýüzi. Daga çyksaň hem dabanyňy gözläp gez (Nakyl). Nesimini dabanyndan soýdular (Magtymguly). 2. göç.m. Ujypsyzja meýdan, çäk. Esgerler her daban ýeri güzap bilen geçýärdiler (A. Nazarow). 3. Ölçeg. Ol çäji dikeldip, daşyny dabanlady, segsen bäş daban çykdy (B. Kerbabaýew).
 ‣ Daban azaby çekilen zähmet we oňa düşýän hak. Emma dünýäde öz daban azabymdan önen çörek ýaly lezzetli çörek göremok (A. Gowşudow). Daban etini iýmek biriniň azabyny, zähmetini özüňe geçirmek, ondan peýdalanmak. Dabanyňa (aýagyňa) köz (ot) basylan ýaly bolmak allaniçiksi bolmak, ör-gökden gelmek, aljyraňňylyga düşmek, gyssagly ýagdaýda bolmak. Ýöne şu Bibiniň ady tutuldy welin, edil dabanyňa köz basylan ýaly-ha boldy (A. Nazarow). Dabanyň düşmek 1) aýlanyp-aýlanyp ýadamak, köp ýöräp halys bolmak, aýagyň guramak, halys bolmak. Şähere aýlanyp dabanym düşdi. 2) bir ýere barmak, gelmek, bir ýerde bolmak. Jepbar horazyň dabany Aşgabada düşüpdir (B. Kerbabaýew). Daban ýalamak ýaranjaňlyk etmek, ýallaklamak.


Son arananlar: