turklehceleri.org

cəza

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cəza

is. [ər.] Hər hansı təqsirə, cinayətə, pis əmələ qarşı tətbiq edilən təsir tədbiri. Yüksək cəza. Şiddətli cəza. – Güldəstə, sənin cəzan ağır olacaq. H.Seyidbəyli. • Cəza almaq – bax cəzalanmaq. ..Sən üç böyük cinayət etmisən, buna görə cəza alacaqsan. S.S.Axundov. [Məmmədov:] Bunun üçün mən lazımi cəza almışam. H.Seyidbəyli. Cəza görmək – cəzalandırılmaq. Cəza vermək – bax cəzalandırmaq. Az qaldı söyləsin, günah işlədin; Sənə cəza verən əməllərindir. M.Rahim. Cəzasına yetirmək (çatdırmaq) – etdiyi cinayətə, təqsirinə görə cəzasını vermək, cəzalandırmaq. [İsgəndər:] Ay bacı, kaş sağ olaydın, öz gözünlə görəydin ki, sənin namusuna sataşanı necə cəzasına yetirmişəm. E.Sultanov. [Həsən:] Əgər ədalət var isə, gərək zalımı cəzasına çatdırsın. Ə.Haqverdiyev. Cəzasını almaq – öz pis əməlinə, etdiyi cinayətə görə cəzaya məruz qalmaq, cəzaya düçar olmaq, cəza çəkmək. Cəzasını çəkmək – 1) bax cəzasını almaq; 2) öz qüsurunun və ya ehtiyatsızlığının zərərini çəkmək, altını çəkmək. ‣ Allah cəzasını versin – bax Allah canını alsın (“Allah”da). Cəza dəstəsi; cəza ekspedisiyası – əməkçilərin narazılığını boğmaq və onlara divan tutmaq üçün yaradılan hərbi polis dəstəsi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cəza

tənbeh, töhmət
{ikaz, uyarı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cəza

ceza, müeyyide, yaptırım


Son arananlar: