turklehceleri.org

cəm

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cəm

is. [ər.]
1. Bir şeyin ümumi sayı, miqdarı, toplusu. • Cəm etmək (eləmək) – toplamaq, yığmaq. Xülasə, yoldaşlarımı bir yerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə. C.Məmmədquluzadə. Azacıq məvacibə qənaət edən muzdur öz boğazından qəpik-qəpik kəsib, on ilin ərzində altı yüz manat pul cəm etmişdi. S.M.Qənizadə. Cəm olmaq – toplaşmaq, yığışmaq. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Ə.Haqverdiyev. Sabah açıldı. Gün qalxdı. Böyük, kiçik hamı kluba cəm oldu. Qantəmir.
2. riyaz. Bir və ya bir neçə ədədin üst-üstə gətirilməsindən hasil olan ədəd, toplama.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cəm

I. bütün, hamı
{bütün, hepsi}

II. toplama, üstəgel
{toplama, yığma}

III. yekun, toplu, məcmu
{yekûn, toplu, mecmu}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cəm

çoğul, çokluk, toplam, tutar


Son arananlar: